Menu
Geri İrəli

“Sumqayıt” Türkiyəyə getdi FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 13 İyul 2016 • Baxış sayı: 629 dəfə • Şərh yoxdur

3067Mövsümlərarası fasilədə hazırlığın birinci mərhələsini başa vuran “Sumqayıt” Futbol Klubu təlim-məşq toplanışının növbəti mərhələsini Türkiyənin Bolu bölgəsində keçirmək üçün qonşu ölkəyə yola düşüb.

Sportal.az xəbər verir ki, “kimyaçılar” səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanından adıçəkilən bölgəyə yollanıb. Yerli vaxtla saat 13:00-da Boluya çatan komanda “VON Resort Hotel”də məşkunlaşıb.

“Sumqayıt” bu gündən etibarən qonşu ölkədə 2 həftəlik təlim-məşq toplanışına start verəcək. Samir Abasovun yeirmələri Boluda olduğu müddətdə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblər barəsində klubun rəsmi internet səhifəsində açıqlama veriləcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın