Menu
Geri İrəli

Sumqayıt veteranları çempion olublar

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Dekabr 2013 • Baxış sayı: 309 dəfə • Şərh yoxdur
Naxçıvan Olimpiya Kompleksində veteran futbolçulardan ibarət komandaların ölkə birinciliyinə yekun vurulub. Siasport.az saytının məlumatına görə, buna qədər Masallı, Oğuz, Qəbələ və Bakıda baş tutan zona yarışlarında uğurlu nəticə qazanan Sumqayıt veteranları həlledici mərhələdə də qalib olublar. Əvvəlcə “Qarabağ”ı 7:4 hesabı ilə üstələyən veteranlar həlledici görüşdə “Neftçi”dən üstün olublar (5:2). Final görüşündə “Sumqayıt”ın qollarını klubun baş məşqçisi Aqil Məmmədov, Mübariz Orucov, İsmayıl Məmmədov, Kamal Quliyev və Kənan Məmmədov vurub.

3-cü yerə isə “Qarabağ”ı 5:4 hesabı ilə məğlub edən “Kəpəz” sahib çıxıb.

veteran futbolcular

Facebook Şərhləndirmə:

Şərhinizi yazın