Menu
Geri İrəli

“Sumqayıt” – “Xəzər Lənkəran” matçının hansı stadionda oynanılacağı məlum oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 31 İyul 2013 • Baxış sayı: 205 dəfə • Şərh yoxdur

Nəhayət ki, yeni mövsümün ilk turunda keçiriləcək “Sumqayıt” – “Xəzər Lənkəran” matçının hansı stadionda oynanıllacağı məlum olub.

Sumqayıt klubunun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovun Sportinfo.Az-a verdiyi məlumata görə, oyun avqustun 4-də, saat 18:30-da Mehdü Hüseynzadə adına əsas stadionda oynanılacaq.

Qeyd edək ki, matç əslində Sumqayıt İdman Mərkəzinin yeni istifadəyə verilmiş süni örtüklü meydançasında keçirilməli idi. Lakin həmin arena oyun gününə kimi hazır vəziyyətə gətirilə bilməyəcəyindən sumqayıtlılar matçın Lənkəranda oynanılması istəyi ilə “Xəzər Lənkəran” rəhbərliyinə müraciət etmişdi. Lakin “Makkabi” biabırçılığından sonra Lənkəranda oynamaqdan ehtiyat edən rəhbərlik Sumqayıt klubunun bu təklifini geri çevirmişdi.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın