Menu
Geri İrəli

“Sumqayıt” – “Xəzər Lənkəran” matçının yeri dəyişdirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 27 İyul 2013 • Baxış sayı: 199 dəfə • Şərh yoxdur

2013-14-cü il mövsümünün ilk turunda keçirilməli olan “Sumqayıt” – “Xəzər Lənkəran” matçının yeri dəyişdiriləcək. Qarşılaşma təqvimdə göstərildiyi kimi, Sumqayıtda yox, Lənkəranda oynanılacaq.
Buna səbəb Sumqayıt İdman Mərkəzinin hələ də hazır olmamasıdır. Halbuki, iyulun sonlarına kimi bütün işlərin tam yekunlaşacağı, oturacaqların quraşdırılacağı, soyunub-geyinmə otaqlarının isə bir hissəsinin tam istifadəyə veriləcəyi deyilmişdi. Deyəsən belə getsə, “Sumqayıt” yenə ötən mövsüm olduğu kimi ev oyunlarını keçirməyə stadion axtarmağa başlayacaq.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın