Menu
Geri İrəli

Sumqayıtda bədii gimnastika üzrə “Sumqayıt Möcüzəsi “ açıq şəhər birinciliyi keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Dekabr 2016 • Baxış sayı: 499 dəfə • Şərh yoxdur
Share Button

Azərbaycan Gimnastika Federasiyası, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Sumqayıt Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə 21 dekabr 2016-cı il tarixində Olimpiya İdman Kompleksində “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü”nə həsr edilmiş bədii gimnastika üzrə “Sumqayıt Möcüzəsi “ açıq şəhər birinciliyi keçirilmişdir.

Yarışın açılış mərasimində çıxış edən Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov və Sumqayıt Olimpiya İdman Kompleksinin direktoru, Prezidentin fərdi təqaüdçüsü, Əməkdar Bədən tərbiyəsi və idman xadimi Məmməd Eyvazov Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə kütləvi bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirdiyini, bu sahənin Dövlət siyasətinin prioritetlərindən birinə çevrildiyini və yüksəlişinin əsası qoyularaq Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi Beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulmasının geniş vüsət almasını qeyd etdilər.

Natiqlər çıxışlarını davam edərək bildirdilər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü işlərin, uğurlu idman siyasətinin nəticəsində Azərbaycanın bütün bölgələrində möhtəşəm İdman Sarayları və Olimpiya Komplekslərinin tikildiyini, ölkəmizin hərtərəfli və dinamik inkişafı, ictimai-siyasi sabitlik, mühüm beynəlxalq tədbirlərin keçirilməsində əldə olunan geniş təcrübə, müasir idman infrastrukturunun yaradılması, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi uğurlardan bəhs edilmişdir.

Bu gün gimnastikanın Azərbaycanda sevimli idaman növlərindən birinə çevrildiyini qeyd edən natiqlər ölkəmizin birinci xanımı Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti seçilməsindən sonra bu növün daha da inkişaf etdiyini bildirərək iştirakçılara uğurlar arzuladılar.

Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı. Tədbirin bədii hissəsində İlyas Kərimovun rəhbərliyi altında sumqayıtın  gənc rəqs qrupu nümunəvi çıxışlarını nümayiş etdirdilər.

“Sumqayıt Möcüzəsi “ açıq şəhər birinciliyində Sumqayıt idmançıları ilə yanaşı Bakı, Şirvan, Qusar, Abşeron, Zirə, İsmayıllı, Göyçay, Kürdəmir şəhər və rayon olmaqla 11 komandasının 83 idmançısı qalib adı uğrunda mübarizə aparmışdır. Yarışı Azərbaycan Gimnastika Federasiyası tərəfindən təyin edilmiş hakimlər heyyəti idarə etmişdir.

Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı, medal, kubok və hədiyələri ilə mükafatlandırılmışdır.

1482488481_gim10 1482488486_gim14 1482488488_gim8 1482488509_gim13 1482488520_gim12 1482488521_gim3

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın