Menu
Geri İrəli

Sumqayıtda “cəsus”

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Avqust 2016 • Baxış sayı: 1,202 dəfə • Şərh yoxdur

dd0914086041dceddc1cf053abffb4c9Topaz Premyer Liqasının II turunun açılış matçı, “Sumqayıt” – “Qarabağ” oyununu izləyənlər arasında isveçli “casus” da var. Apasport.az saytının “futbolinfo.az”a istinadən məlumatına görə, söhbət İsveçin “Höteborq” klubunun məşqçisi Alf Vesterberqdən gedir. UEFA Avropa Liqasının pley-off mərhələsində ağdamlıların rəqibi olan İsveç klubunun çalışdırıcısı hazırda davam edən qarşılaşmanı tribunadan izləyir.

Qeyd edək ki, “Qarabağ”la “Höteborq” arasında ilk oyun avqustun 18-də keçiriləcək. Höteborqun “Qamla Ullevi” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın