Menu
Geri İrəli

Sumqayıtda futbol turniri keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Aprel 2015 • Baxış sayı: 379 dəfə • Şərh yoxdur

1430301256899563206_750x500Sumqayıt şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən həvəskar idmançılar arasında futbol turniri keçiriləcək. Yarış “Sumqayıt” Futbol Klubunun təşəbbüsü, “Azərikimya” İstehsalat Birliyinin dəstəyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Şimal Regional Federasiyasının təşkilatçılığı ilə reallaşacaq.

AZƏRTAC xəbər verir ki, turnirdə şəhərin idarə, müəssisə və təşkilatlarının həvəskar komandaları mübarizə aparacaq. Dörd qrupdan ibarət turnirdə meydançaya 12 komanda çıxacaq.

Aprelin 30-da start götürəcək turnirin oyunları “Kapital Bank Arena”da keçiriləcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın