Menu
Geri İrəli

Sumqayıtda futbol üzrə Respublika turnirinə start verildi

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Sentyabr 2016 • Baxış sayı: 270 dəfə • Şərh yoxdur

1472801078_yenisumqayit.azSumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 30 avqust – 2 sentyabr 2016-cı il tarixlərində M.Hüseynzadə adına şəhər stadionunda Azərbaycan Respublikasının Əməkdar Məşqçisi Tofiq Rzayevin xatirəsinə həsr olunmuş futbol üzrə yeniyetmələr arasında Respublika turnirinin açılış mərasimi keçirilib.

Mərasimdə çıxış edən şəhər Gənclər və İdman Baş İdarəsinin bədən tərbiyəsi və idman sektorunun müdiri Vahid Abdullayev ilk öncə yarış iştirakçılarını və qonaqları salamlayaraq, T.Rzayevin futbol idman növünün şəhərdə təbliği, inkişafı və coğrafiyasının genişləndirilməsində xidmətlərindən danışıb, onlarla istedadlı idmançıların üzə çıxarılmasında və yetişdirilməsində müstəsna əməyi olduğunu, hazırda bu şərəfli işi onun yetirmələri tərəfindən layiqincə davam etdirilməsini qeyd edib.

AFFA-nın nümayəndəsi Rüstəm Rəhimov çıxış edərək, veteran futbolçu T.Salahov, T.Rzayevin yetirməsi Samir Abbasov Tofiq müəllimin məşqçi-müəllim kimi fəaliyyəti dövrlərdə bədən tərbiyəsi və idmanın, xüsusi ilə futbolun inkişafında göstərdiyi əvəzsiz xidmətlərdən söz açıb.

T.Rzayevin oğlu Rauf Rzayev atasının xatirəsinə həsr edilmiş turnirin təşkili və keçirilməsinə yaxından köməkliyə görə Sumqayıt şəhər İcra hakimiyyəti rəhbərliyinə və yarışa qatılmış komandalara ailə üzvləri adından dərin minnətdarlığını bildirib.

Turnirdə Sumqayıtın 4 komandası ilə yanaşı Bakının 2, Şamaxı, Şabran, Qusar şəhər və rayonlarının, həmçinin “Qarabağ”, “Vətən”, “Əlincə” Futbol Klublarının komandaları qalib adı uğrunda mübarizə aparır.

Turnirə sentyabrın 2-də yekun vurulacaqdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın