Menu
Geri İrəli

Sumqayıtda “Futbol və sağlam həyat” layihəsi davam edir

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Aprel 2016 • Baxış sayı: 385 dəfə • Şərh yoxdur

Sumqayıtda şəhər məktəbliləri üçün təşkil olunan “Futbol və sağlam həyat” layihəsi davam edir. Layihə çərçivəsinə tədbir bu dəfə Sumqayıtın 36 və 31 nömrəli tam orta məktəblərində keçirilib. Tədbirdə həmin məktəblərlə yanaşı 4, 2, 7, 39, 21, 28, 24, 29 və 23 nömrəli orta məktəblərin şagirdləri də iştirak edib.

“Sumqayıt” FK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Kapital Bank” ASC, “Paşa Həyat Sığorta” ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, “Azərikimya” İB–nin təşkilatçılığı ilə reallaşan layihəyə 2 gün ərzində 120-dən artıq şagird qatılıb.

Yekunda iştirakçılara “Sumqayıt” FK-nın idman geyimləri, “Kapital Bank” və “Paşa Həyat Sığorta”nın xüsusi hədiyyələri təqdim olunub.

Qeyd edək ki, 48 orta məktəbi əhatə edəcək layihəyə ümumilikdə 500-dən artıq şagirdin qatılması gözlənilir.

14617624252774033158_1000x669 14617624256149849064_1000x669

Facebook Şərhləndirmə:

Şərhinizi yazın