Menu
Geri İrəli

Sumqayıtda güllə atıcılığı üzrə şəhər çempionatına yekun vurulub

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Aprel 2016 • Baxış sayı: 299 dəfə • Şərh yoxdur

aticiliqSumqayıtdakı Paralimpiya İdman Kompleksində pnevmatik silahdan güllə atıcılığı üzrə şəhər çempionatı keçirilib. Çempionatda şəhərin ali, orta ixtisas məktəbləri və peşə liseylərinin ümumilikdə 7 komandası qalib adı uğrunda mübarizə aparıb.

AZƏRTAC xəbər verir ki, gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Sumqayıt Dövlət Texniki Kollecinin komandası birinci, 3 nömrəli Sumqayıt Peşə Liseyi ikinci, Sumqayıt Musiqi Kollecinin komandası isə üçüncü yeri tutublar.

Yarışın qalibləri şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və kuboku ilə təltif olunub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın