Menu
Geri İrəli

Sumqayıtda Heydər Əliyevin anım gününə həsr olunan beynəlxalq cüdo turniri keçirilir

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Dekabr 2016 • Baxış sayı: 609 dəfə • Şərh yoxdur

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 5-ci respublika turniri start götürüb.

Yarış Azərbaycan Cüdo Federasiyası, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilir. Turnirdə Bakı, Sumqayıt, Naxçıvan, Bərdə, Mingəçevir, Qusar, Qubadlı, Şabran, Laçın, Qax, Siyəzən, Qəbələ, Şirvan, Ağcabədi ilə yanaşı Rusiyanın Nalçik və Dərbənd şəhərlərinin yeniyetmə cüdoçuları mübarizə aparırlar.

Qeyd edək ki, 38 komandadan 335 cüdoçunun qatıldığı çempionat 2 gün davam edəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın