Menu
Geri İrəli

“Sumqayıt”da ikisi getdi, ikisi gəldi

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Noyabr 2016 • Baxış sayı: 323 dəfə • Şərh yoxdur

futbol-sumqayitTopaz Premyer Liqasının növbəti turunda “Neftçi” ilə qarşılaşacaq “Sumqayıt” fasiləsiz olaraq hazırlığını davam etdirir. Apasport.az klubun saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi bu gün səhər saatlarında növbəti məşqini keçirib.

Yusif Nəbiyev və Xəyal Nəcəfov U-21 millisinin düşərgəsində olduğu üçün hazırlıqda iştirak etməyib. Əvəzedicilərdən isə 2 futbolçu – Orxan Məsdanov və Tural Bayramlı əsas komandaya qatılıb.

Samir Abasovun yetirmələri Azərbaycan millisinin oyunu ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edərək, noyabrın 13-də “İnter”lə yoxlama oyunu keçirəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın