Menu
Geri İrəli

“Sumqayıt” da iyunun 5-ni gözləyir

Müəllif: sumqayitxeber.com • Tarix: 25 May 2016 • Baxış sayı: 791 dəfə • Şərh yoxdur

futbol-sumqayitTopaz Premyer Liqasının cari mövsümünü 8-ci pillədə başa vuran “Sumqayıt”da qeyri-müəyyənlikdi. Futbolinfo.az xəbər verir ki, “kimyaçılar”ın növbəti mövsümlə bağlı planları hələ bəlli deyil.

Klubun mətbuat katibi Rəşad Məmmədovdan aldığımız məlumata görə, bütün məsələlərə yaxın günlərdə aydınlıq gələcək:  “Hazırda komandada hamı istirahətdədi.

Hansı futbolçuların gedəcəyi, qalacağı, həmçinin kimlərlə danışıqlar arparılır və s. bu kimi məsələlər hələ ki, dəqiqləşməyib. İyunun 5-nə kimi “Sumqayıt”ın Müşahidə Şurası yığışıb, iclas keçirəcək. Məhz bundan sonra yay təlim-məşq toplanışımızla bağlı məsələlərə də aydınlıq gələcək”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın