Menu
Geri İrəli

Sumqayıtda Karate-Do üzrə birinci Açıq cempionat keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Fevral 2017 • Baxış sayı: 110 dəfə • Şərh yoxdur

Milli Karate Federasiyası “Buta” Gənclər İdman Klubunun və Sumqayıt şəhər Gənclər və İdman baş idarəsinin təşkilatçılığı ilə karate-Do üzrə birinci Açıq cempionat keçirilib. Sumqayıt şəhərində yerləşən Paralimpiya Kompleksində keçirilən çempionatın açılış mərasimində Sumqayıt şəhər Gənclər və idman baş idarəsinin rəisi Mübariz Bəşirov, Sumqayıt şəhər Gənclər və idman baş idarəsinin məsul işçisi Rüfət Mahmudzadə və başqaları iştirak ediblər. Tədbirdə çıxış edən Sumqayıt şəhər Gənclər və idman baş idarəsinin rəisi Mübariz Bəşirov yarış iştirakçılarini salamlayıb. Ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan bəhs açan M.Bəşirov ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər və idman siyasətinin uğurlarından danışıb. Son illərdə karatenin inkişafı istiqamətində atılan addımlara toxunan M.Bəşirov 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına karatenin də daxil edilməsini böyük nailiyyət adlandırıb.

Tədbirdə çıxış edən Buta Gənclər İdman klubunun prezidenti, III dan qara kəmər ustası Əmirqulu Quliyev, eləcə də digər qonaqlar ölkəmizdə idmanın inkişafı ilə bağlı uzunmüdətli, planlı addımların atıldığını bildiriblər. Qeyd edilib ki, Azərbaycanda idmanın maddi-texniki bazası sürətlə genişlənir. Hazırda respublikamızın bütün bölgələrində dünya standartlarına cavab verən Olimpiya idman kompleksləri tikilib istifadəyə verilib. Vurğulanıb ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və ölkəmizin Olimpiya Hərəkatındakı yeri olduqca böyükdür. Bu gün dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağın, Olimpiya Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu idman siyasəti ölkəmizi dünya idmanının və Olimpiya hərəkatının ən fəal üzvlərindən birinə çevirib.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Namiq Pirverdiyevin baş hakimliyi ilə 27 çəki dərəcəsində keçirilən yarışda “Buta” Gənclər İdman Klubunun, Sumqayıt “kontakt-karate”, “Araz”, “Mətləb”, “Xaçmaz”, “Dostluq” və digər idman klub və birliklərinin 250-dən çox idmançısı çıxış edib. Ədalətli idman mübarizəsi şəraitində baş tutan yarışda qalib gələn idmançılar fəxri fərmanlar, kubok və medallarla mükafatalandırılıblar.

16779787_1638440189518697_1226140256_n

16788281_1638439766185406_935424904_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın