Menu
Geri İrəli

Sumqayıtda keçirilən respublika turniri başa çatdı

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Fevral 2013 • Baxış sayı: 199 dəfə • Şərh yoxdur

17 fevral 2013-ci il Sumqayıt Paralimpia idman kompleksində “SAĞLAM GƏNCLİKLƏ XOŞBƏXT GƏLƏCƏYƏ DOĞRU” devizi altında Sayokan milli döyüş sənəti üzrə respublika turniri başa çatdı.

Turmirdə Bakının ( Suraxanı, Sabunçu, Nərimanov, Binəqədi, Yasamal) Sumqayıt, Şəki, Qazax, Neftçala, Tərtər, Mingəçevir, Bərdə, Xaçmaz, Beyləqan, Qubadlı, Şuşa, Agcəbədi, Fizuli, Ağdam, Yevlax, Vaşaq klubu, “Azər Eyvazov adına Sayokan idman klubu” komandalarından ibarət 200 nəfər idmançı iştirak edirdi.Komandalar Sayokan döyüş sənətinin Alaqan və Baturalp döyüş sistemlərində mübarizə apardılar. Komanda hesabı üzrə Alaqan sistemi üzrə Suraxanı 1-ci yer, Fizuli 2 yer, Sabunçu 3 yer, Baturalp sistemi üzrə isə Binəqədi 1-ci yer, Neftçala 2 yer, Nərimanov 3 yeri qazandı.

Türnirə bir çox rəsmi qonaqlar dəvət olunmuşdu. Açılış Mərasimində Sumqayıt Gənclər və İdman Baş İdarəsinin rəis müavini Mübariz Bəşirov, ” Sağlam İnkişaf və Maarifləndirmə” ictimai birliyinin sədri Anar Xəlilov, Milli GHT forumunun İcracı direktoru Günel İbrahim, AZTV nin əməkdaşı, Ailə həkimi verlişinin aparıcısı Əli Nağıyev, Toylar kralı müsabiqəsinin qalibi, populyar müğənni Manaf Ağayev və s kimi dəyərli qonaqlar iştirak etdi. Bədii hissə zamanı isə, Mügənnilər Manaf Ağayev, Aybəniz Çələbi, Abbas Elşənoğlu,Orxan Əliyev, Buta rəqs qrupu iştirak etdilər

Rəsmi açılış hissəsində A.S.D.N.M-nin 1-ci vitse-prezidenti Aqil Acalov tərəfindən Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin fəaliyyətini dəstəkləyən bütün rəsmiləri fəxri fərmanla təltif etdi.Sayokan Döyüş Federasiyası tərəfindən “Sağlam İnkişaf və Maarifləndirmə” ictimai birliyinin sədri Anar Xəlilov isə “Fəxri üzv” Diplomuna layiq görüldü.

Vasif Namazov, A.S.D.N.M-nin 1-ci Vite-Prezidenti: « Federasiya olaraq yarışa çox ciddi yanaşmışdıq. Çox yüksək səviyyədə yarışı başa vurduq. Bizi sayıb gələn ictimaət nümayəndələri, bizim necə məsuliyyətli olmağımızdan xəbərdardılar. Məhs bünün üçündə Türk Xalqlarının milli Döyüş sənəti olan Sayokanı ölkəmizdə dəstəkləyən içtimai siyasi xadimlərin sayı artmaqdadır. Yarış əvvəlki yarışlarımızdan daha səviyyəli keçdi. Bu işdə müəllimlərin və hazırlanmış hakimlərin zəhməti danılmazdı. Hamıya dərin təşəkkürümü bildirirəm. Xüsusilədə milli döyüş sənəti Sayokana informasiya dəstəyi verən vətənpərvər media nümayəndələrinə»

Sayokan Mətbuat Xidməti

Facebook Şərhləndirmə:

Şərhinizi yazın