Menu
Geri İrəli

Sumqayıtda mədəniyyət işçiləri arasında futzal idman növü üzrə yarış keçirilib -FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Noyabr 2017 • Baxış sayı: 262 dəfə • Şərh yoxdur
Share Button

1509964135_i2Sumqayıtda Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibəti ilə mədəniyyət işçiləri arasında futzal idman növü üzrə yarış keçirilib.

Turnir Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin və Sumqayıt Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə baş tutub. Şəhər Olimpiya kompleksində keçirilən yarışda Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabeliyində olan Sumqayıt şəhəri, Qubadlı, Zəngilan, Abşeron, Şuşa və Xızı rayonlarının komandaları qalib adı uğrunda mübarizə aparıblar.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Qubadlı rayonunun komandası bütün rəqiblərini üstələyərək I yeri tutub. Növbəti yerləri isə müvafiq olaraq Zəngilan və Abşeron rayonlarının komandaları bölüşüblər.

Qalib komandaya I dərəcəli medal, Fəxri fərman və kubok təqdim edilib.


 


 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın