Menu
Geri İrəli

Sumqayıtda Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş açıq çempionat keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Oktyabr 2017 • Baxış sayı: 267 dəfə • Şərh yoxdur
Share Button

Milli Qəhrəman Kərəm Mirzəyevin xatirəsinə həsr olunmuş açıq çempionat keçirilib

Qubadlı rayon İcra Hakimiyyətinin təşəbbüsü, Qubadlı rayon Gənclər və İdman İdarəsinin, eləcə də Milli Karate Federasiyasının (MKF) təşkilatçılığı ilə Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Kərəm Mirzəyevin xatirəsinə həsr olunmuş açıq çempionat keçirilib.

Dövlət Himninin səslənməsi ilə start götürən tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev Milli Qəhrəman Kərəm Mirzəyevin qısa, mənalı ömür yolundan bəhs edib. Bildirilib ki, erməni işğalına qarşı aparılan mübarizədə yüksək şücaət göstərən K.Mirzəyev müasir Azərbaycan gəncliyi üçün nümunədir. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan ordu quruculuğu siyasətinə toxunan A.Haxverdiyev Azərbaycan Silahlı Qüvvələrinin ötən ilin aprelində cəbhə xətti boyunca nümayiş etdirdiyi rəşadətə diqqət çəkib. A.Haxverdiyev qeyd edib ki, hər bir azərbaycanlı, eləcə də Qubadlı rayonunun sakinləri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət nəticəsində torpaqlarımızın erməni işğalından azad olunacağına inanır.

Daha sonra çıxış edən Milli Qəhrəmanın atası Ərşad Mirzəyev, Qubadlı rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Abbasov və digərləri milli qəhrəmanlarımızın təbliğinin gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət göstərdiyini vurğulayıblar. Qeyd edilib ki, Kərəm Mirzəyev kimi oğulların qəhrəmanlıqları heç bir zaman unudulmur.

MKF-nin Qubadlı rayonu üzrə nümayəndəsi Aqil Soltanov, “Buta Gənclər” İdman Klubunun prezidenti Pərviz Quliyev də yarışın yüksək səviyyədə təşkil olunduğunu bildiriblər. Qeyd olunub ki, ölkə Prezidenti İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğı bu gün gənc nəslin sağlam yetişməsində əsaslı rol oynayır.

Qeyd edək ki, 15 idman klubunun iştirakı ilə 27 çəki dərəcəsində komanda, kumite və kata üzrə yarışlar gərgin idman mübarizəsində keçib.

23113424_1942304539132259_407655234_n 23113560_1942304725798907_269577933_n 23146064_1942304665798913_2143951940_n

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın