Menu
Geri İrəli

“Sumqayıt”da Müşahidə Şurasının növbəti iclası keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Aprel 2015 • Baxış sayı: 284 dəfə • Şərh yoxdur

orginal_39572f036f3d91a5c7a4ced3976d6f2e2013-cü ilin avqust ayında AFFA-nın İcraiyyə Komitəsinin keçirilmiş iclasında Premyer Liqada çıxış edən klublarda Müşahidə Şurasının yaradılması ilə bağlı qərar qəbul olunub. Sportpress.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ölkə çempionatında çıxış edən klublar arasında Muşahidə Şurası ilk olaraq məhz “Sumqayıt” Futbol Klubunda yaradılıb.

Bu gün klubun baş sponsoru olan “Azərikimya” İstehsalat Birliyinin inzibati binasında “Sumqayıt” FK-nun Müşahidə Şurasının növbəti iclası baş tutub.

Tədbirdə şuranın üzvləri Muxtar Babayev, Hacı Salayev, Vaqif Ömərov, Telman Salahov və sədr Abdulla Məmmədov iştirak edib.

Müşahidə Şurasının iclasında klubun rəhbərliyi tərəfindən üzvlərə fəaliyyətlə bağlı ümumi hesabat verilib, eyni zamanda yeni təkliflər müzakirə olunub.

Müşahidə Şurasının növbəti iclasının 2014/2015 mövsümünün sonunda baş tutması planlaşdırılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın