Menu
Geri İrəli

Sumqayıtda “Olimpiya Oyunları yeniyetmələrin gözü ilə” adlı RƏSM SƏRGİSİ

Müəllif: sumqayitxeber.com • Tarix: 26 İyul 2016 • Baxış sayı: 472 dəfə • Şərh yoxdur

26 iyul 2016-cı il tarixdə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 1 saylı Uşaq Gənclər İdman Məktəbində şəhərin bir qrup idman ictimaiyyətinin nümayəndələri və sakinlərinin iştirakı ilə yeniyetmələrin əl işlərindən ibarət “Olimpiya Oyunları yeniyetmələrin gözü ilə” adlı rəsm sərgisi keçirilmişdir.

Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov tədbiri giriş sözü ilə açaraq rəsm sərgisinin keçirilməsində əsas məqsədin Olimpiya Oyunlarının yeniyetmə və gənclər arasında tədliği, oyunlarda iştirak edəcək idmançıların nəticələrinin izlənilməsi olduğunu bildirmiş, idman ictimaiyyəti nümayəndələrini və gəncləri Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılması günü münasibəti ilə təbrik etmişdir. M.Bəşirov çıxışını davam edərək bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin ənənələrinə sadiq qalan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bədən tərbiyəsi və idman sahəsi daim xüsusi qayğı ilə əhatə olunmuş, bu işin davamı olaraq Braziliyada təşkil olunan XXXI Yay Olimpiya və XV Paralimpiya Oyunlarında iştirak edəcək Milli Olimpiya nümayəndə heyətini qəbul etmiş, idmançılara uğurlar arzulamış, oyunlarda nəticə əldə edəcək idmançılara və onların məşqçilərinə mükafatla bağlı Sərəncam imzalamışdır. Bədən tərbiyəsi və idman sahəsi şəhər İcra hakimiyyəti rəhbərliyinin də daim diqqət mərkəzində olduğunu bildirmiş, 22 iyul 2016-cı il tarixində Rio-de-Janeyro Yay Olimpiya və Paralimpiya Oyunlarında iştirak edəcək Sumqayıt idmançıları – Elvin Məmişzadə, İlham Zəkiyev, Rövşən Səfərov, Səbinə Abdullayeva, Elşən Hüseynov və onların məşqçilərini İcra hakimiyyəti başçısı tərəfindən qəbul edildiyini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.

Tədbirdə çıxış edən Prezident təqaüdçüsü, “Əməkdar bədən tərbiyəsi və idman xadimi” Əhməddin Rəcəbli, Firdovsi Ömərov və Afina Yay Olimpiya Oyunlarının boks idman növü üzrə bürünc mükafatçısı Fuad Aslanov Olimpiya Oyunlarında idmançılarımızın uğurlarını qeyd edərək rəsm sərgisində əsərləri nümayiş olunan yeniyetmələri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzu etdilər.

Sonda  fırça ustalarına Baş İdarənin fəxri fərmanları və xatirə hədiyyələri təqdim olunmuşdur.

991b509a-37ea-4872-9b68-218a864d81c4

0d44a11b-8c98-4b07-8577-169e83c2a18e 0f56aa1b-25e4-4129-9486-5967a851a3d9 13f893f7-8cd6-4d01-a25d-0332adb47a58 43ce012a-aca2-4984-ac85-657098dd31a9 92da03ed-60b0-49da-b675-d6f8dea4320d d94f7a1f-bb4d-4204-aae3-6a7ffe4a7814

Facebook Şərhləndirmə:

Şərhinizi yazın