Menu
Geri İrəli

Sumqayıtda “Sağlam Gənclik üçün İdman” layihəsi keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Mart 2014 • Baxış sayı: 307 dəfə • Şərh yoxdur

tedbir
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə 15 mart 2014-cü il tarixində Sumqayıt şəhərində “Sağlam Gənclik üçün İdman” layihəsi həyata keçirilib.. Layihə rəhbəri Sərvər Hüseynov aktual məsələ olan gənclərin sağlam həyat tərzi sürmələri, idmana cəlb olunmaları üçün layihənin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna təqdim etdiyini, Gənclər Fondunun isə bu layihəni dəstəkləyərək maliyyə vəsaiti ayırdığını qeyd edib.

 Layihənin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, gəncləri sağlamlıqlarının önəmi mövzusunda maarifləndirmək, gənclərin sosial bir layihədə birlikdə hərəkət etmələri bacarıqlarının formalaşdırmaq, gündə 1-saat idman gəzintisinə vaxt ayırmaqla bədən tarazlığının qorunmasına, uzun və sağlam ömür yaşamağımıza və gözəl bədən quruluşuna sahib ola biləcəyimizə diqqəti çəkməkdir.

Layihə çərçivəsində yeniyetmə və gənclərin Sumqayıt şəhəri Nəsimi adına dənizkənarı istirahət parkında toplaşaraq sahil boyu idman gəzintisi, idman meydançasında idman etmələri və sonda istirahətləri təşkil olunmuşdur. Eyni zamanda iştirakçılara idmana vaxt ayırmaqla daima sağlam həyat tərzi yaşayacaqları haqqında biliklər aşılanmış və sağlam həyat tərzini təbliğ edən məlumatlar əks olunmuş bukletlər paylanılıb.

Daha sonra iştirakçılar arasında idman yarışları təşkil edilib, gənclər kütləvi surətdə idmana cəlb edilib, sağlam həyat tərzi təşviq edilmiş, iştirakçılara layihə çərçivəsində hazırlanmış köynəklər və papaqlar paylanıb.

Layihədə qonaq qismində iştirak edən şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı C.Hüseynov, Təhsil İdman mərkəzinin Sumqayıt filalının baş məşqçisi İ.Niftəliyev, Sumqayıt Dövlət Universitetinin tələbə-gənclər təşkilatının və STİ – nin nümayəndələri çıxış edərək dövlət başçımızın idmana diqqəti sayəsində Azərbaycanın artıq idman ölkəsi kimi bütün dünyada layiqli yer tutuğunu, müstəqil Azərbaycanın idmançılarının dünya miqyasında böyük uğurlar qazandığını, ölkəmizin dünya idman ailəsinə möhtəşəm mərkəz kimi daxil olmasını fərəh hissi ilə qeyd ediblər.

594580

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın