Menu
Geri İrəli

Sumqayıtda şahmat turniri keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Dekabr 2016 • Baxış sayı: 269 dəfə • Şərh yoxdur

Sumqayıtda şahmat turniri keçirilib. Turnir Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Gənc İstedadlara Dəstək Fondu (GİDF) tərəfindən “GəncSƏN-QalibSƏN” layihəsi çərçivəsində həyata keçirilib.

GİDF-nin prezidenti, layihə rəhbəri Vüsal Məmmədov bildirib ki, layihə çərçivəsində şahmat turniri ilə yanaşı, futbol və cudo turnirləri keçirilir, eləcə də Sumqayıt gəncləri ilə bağlı ensiklopedik xarakterli kitab hazırlanır.

Azərbaycan Gənclər Fondunun nümayəndəsi Jalə Məmmədova Fondun fəaliyyəti barədə məlumat verib, 5 il ərzində Fondun 3 mindən artıq layihəni dəstəklədiyini diqqətə çatdırıb, gəncləri öz ideyalarını reallaşdırmaq üçün AZGF ilə əməkdaşlıq etməyə çağırıb.

İsveçrə sistemi ilə keçirilən turnir maraqlı və gərgin mübarizə şəraitində keçib, sonda qaliblər mükafatlandırılıb.

 

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın