Menu
Geri İrəli

Sumqayıtda şahmat turniri keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Aprel 2015 • Baxış sayı: 388 dəfə • Şərh yoxdur
1430374379_1510642_934386736614024_7241775743543162587_nHeydər Əliyevin anadan olmasının 92 illiyi münasibətilə Sumqayıt Bələdiyyəsinin və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşəbbüsü və təşkilatçılığı ilə 3 saylı Uşaq-Gənclər İdman Şahmat-dama Məktəbində şəhərin məhəllə komitələri arasında şahmat və dama üzrə 10-cu ənənəvi şəhər turnirinin təntənəli açılışı olub.
Xalqımızın ümummilli liderinin parlaq xatirəsinə həsr edilən, şəhərin şahmat və dama həvəskarlarının böyük bir dəstəsinin qoşulduğu turnirin açılışı zamanı ilk öncə Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın Dövlət himni səsləndirilmişdir. Sumqayıt Bələdiyyəsinin sədri professor Əbülfəz Babayev tədbirin açılşında çıxış edərək, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğunun möhkəmləndirilməsində, ölkəmizin iqtisadi qüdrətinin və hərbi-sənaye gücünün artırılmasında, onun beynəlxalq nüfuzunun yüksəldilməsində, hər bir ölkə vətəndaşına, o cümlədən gənclərimizə Vətənə məhəbbət ruhu və sağlam həyat tərzi aşılanmasında, idmançılarımızın beynəlxalq yarışlarda, o cümlədən Olimpiya oyunlarında yüksək nəticələrə nail olmasında, bütövlükdə respublikamızda idmanın kütləviliyinin genişləndirilməsində rolundan danışmışdır.
Minnətdarlıqla bildirilmişdir ki, Azərbaycanda idmanın bir-çox növlərinin, o cümlədən onun maraqlı, stolüstü növlərindən olan şahmat va dama yarışlarında ölkə idmançılarının son illərdəki nailiyyətlərinin əsasında da Ulu öndərimiz və onun davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən gənc idmançılara göstərilən diqqət və qayğı, respublikamızın bütün bölgələrində yüksək idman uğurlarının təməli olan hərtərəfli şəraitin, Olimpiya komplekslərinin yaradılması dayanır. Son illərdə Sumqayıtda da iki müasir idman kompleksi – Olimpiya və Paralimpiya kompleksləri idmançıların istifadəsinə verilmişdir.
Qeyd edilmişdir ki, ənənəvi olaraq hər il Ulu öndərin ad günü ərəfəsində keçirilərən şəhər turniri, qazanılan uğurlar Sumqayıt gənclərinin dahi rəhbərin idmançılarımıza göstərdiyi diqqət və qayğıya görə böyük ehtiramının ifadəsidir. Builki turnirin iyun ayında Bakıda keçiriləcək ilk Avropa Olimpiya oyunları ərəfəsinə təsadüf etməsi isə onu daha da əlamətdar edir.
Ə.Babayev Heydər Əliyevin ad gününə həsr edilmiş şahmat-dama turnirini açıq elan etmiş və iştirakçılara uğurlar arzulamışdır.
Tədbirdə Sumqayıt Bələdiyyəsi sədrinin müavini, Beynəlxalq dərəcəli qrossmeyster, Ümumdünya şahmat Olimpiadasının qalibi, Azərbaycanın şahmat üzrə qadınlardan ibarət milli komandasının kapitanı Zeynəb Məmmədyarova və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elşən Baxşəliyev çıxış edərək, qeyd etmişlər ki, ənənəvi olaraq hər il Ulu öndərin ad gününə həsr edilən şəhər turniri, qazanılan uğurlar Sumqayıt gənclərinin dahi rəhbərin idmançılarımıza göstərdiyi diqqət və qayğıya görə minnətdarlığının, böyük ehtiramının ifadəsidir.
Sonra şəhərin şahmat və dama həvəskarı olan məhəllə sakinlərinin öz qüvvə və bacarıqlarını nümayiş etdirməli olduqları 10-cu – yubiley turnirinə start verilmişdir.
Kişi və qadın idmançıların iştirak etdiyi turnir Beynəlıxalq Şahmat və Dama Federasiyalarının mövcud qaydalarına uyğun olaraq dairəvi sistem üzrə keçirilir. Yarışlara Azərbaycanın əməkdar məşqçisi, dama üzrə Beynəlxalq dərəcəli hakim Ağasadıq Ağalarov, şahmat üzrə idman ustası İlqar Əliyev və idman ustalığına namizəd Validə Həsənova hakimlik edirlər.
Yarışlarda yüksək nəticələrə nail olaraq, ilk üç yeri tutanlar turnirin qalibi elan olunacaq, Sumqayıt Bələdiyyəsinin pul mükafatları və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri-fərmanları ilə təltif ediləcəklər.
Orxan MƏMMƏDZADƏ
Fotolar Amil Əhmədovundur
Facebook Şərhləndirmə:

Şərhinizi yazın