Menu
Geri İrəli

Sumqayıtda şahmat üzrə şəhər birinciliyinin qalibləri müəyyənləşdi

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Dekabr 2016 • Baxış sayı: 528 dəfə • Şərh yoxdur
Share Button

thumbs3 nömrəli Uşaq Gənclər İdman Şahmat Dama Məktəbində 8, 10, 12, 14, 16 yaşadək oğlan və qızlar arasında şəhər birinciliyi keçirilmişdir.

Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Rəhim İbrahimxəlilli (8 yaş, 8.5 xal), Şamil Məmmədov (10 yaş, 8.5 xal), Abusəddin Mollayev (12 yaş, 6.5 xal), Rahim Əliyev (14 yaş, 8 xal), Fərid Kərimov (16 yaş, 6.5 xal) oğlanlar arasında, Suğra Allahverdili (8 yaş, 7 xal), Aytac Kərimli (10 yaş, 8.5 xal), Gülüzar Hüseynova (12 yaş, 7 xal), Şəhla Əzizova (14 yaş, 7 xal) isə qızlar arasında bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.

Yarışda I – III yerləri tutmuş idmançılar 2017-ci ilin yanvar ayında keçiriləcək Azərbaycan birinciliyinin seçmə yarışlarında iştirak etmək hüququ əldə etmişlər. Birinciliyin qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və hədiyyələri ilə təltif olunmuşdur.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın