Menu
Geri İrəli

Sumqayıtda sambo və cüdo üzrə uğur qazanmış idmançılarla görüş keçirildi – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 9 İyun 2016 • Baxış sayı: 522 dəfə • Şərh yoxdur

Sambo və cüdo üzrə uğur qazanmış idmançılarla şagirdlərin görüşləri keçirildi

“Azəri İdman Sağlamlıq Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə həyata keçirdiyi “Sumqayıt məktəblərində idmanın təşviqi və pulsuz sambo, cüdo məşqlərinin təşkili” layihəsi çərçivəsində növbəti tədbir Sumqayıt şəhər 6 saylı orta məktəbində təşkil olundu. Tədbirdə məktəbin 5-7-ci sinif şağirdləri iştirak edirdi. Tədbiri açan “Azəri İdman Sağlamlıq Mərkəzi” İctimai Birliyinin sədri, Azərbaycanın Əməkdar məşqçisi, Respublika Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi Mirağa Qiyasov həyata keçirilən layihənin məqsədi və qarşıya qoyulan vəzifələr barədə iştirakçılara məlumat verərək qeyd etdi ki, bu layihənin  əsas məqsədi orta məktəb şagirdlərində idmana, əsasən də cüdo və samboya maraq oyatmaq, perspektivi olan yeniyetmələri peşəkar məşqçilərin rəhbərliyi altında pulsuz məşqlərə cəlb etmək, beləliklə də idmanın məktəblilər arasında populyarlaşmasına nail olmaq, onları zərərli vərdişlərə qurşanmaqdan çəkindirməkdir.

Mirağa Qiyasov idmanın gənc nəslin təlim-tərbiyəsində, onlara sağlam həyat tərzinin aşılanması və zərərli vərdişlərdən çəkindirilməsində xüsusi əhəmiyyətindən danışdı. Daha sonra 1970-ci ildən Sumqayıt Kompressorlar zavodunun idman zalında sambo üzrə məşqçilik fəaliyyətinə başlamasını, yetirmələrinin Avropa və dünya çempionatlarında 49 medal qazanmasını, 3 yetirməsinin Azərbaycanın Əməkdar məşqçisi, 4 yetirməsinin Beynəlxalq idman ustası, 30-dan çox çox yetirməsinin idman ustası nəticəsini əldə etdiyini qeyd etdi.

Görüşdə iştirak edən cüdo və sambo üzrə idman ustası, respublikanın əməkdar məşqçisi, veteranlar arasında dünya çempionatının bürünc mükafatçısı İlham Qulamov, Azərbaycan və ümumittifaq yarışların qalibi, SSRİ idman ustası, polis podpolkovniki Sabir Məhərrəmov, respublika və ümumittifaq yarrışların qalibi Namiq Qəniyev, üçqat respublika çempionu, SSRİ birinciliyinin gümüş mükafatçısı, Afrikada keçirilən beynəlxalq yarışın bürünc mükafatçısı, SSRİ idman ustası Vyaçeslav Dudkin, respublika çempionu, dünya çempionatının bürünc mükafatçısı Əmrah Səfərov çıxış edərək böyük idmanda qazandıqları uğurlar barədə tədbirdə iştirak edən şağirdlərə ətraflı məlumat verdilər.

Layihənin eyni məqsədlə növbəti tədbiri isə Sumqayıtda yerləşən Qubadlı rayon Xələc orta məktəbində təşkil olundu. sambo üzrə Azərbaycan çempionu, Avropa çempionatının gümüş mükafatçısı, Avropa klubları çempionatın gümüş mükafatçıslı, dünya birinciliyinin bürünc mükafatçısı Səbuhi Bədəlov, respublika və ümumittifaq yarrışların qalibi Namiq Qəniyev iştirak edirdi.

Hər iki məktəbdə keçirilən görüşlərdə şagirdlər Sumqayıtda yaşayan, Azəri İdman Sağlamlıq Mərkəzinin idman zalında vaxtıilə  Əməkdar məşqçi Mirağa Qiyasovun rəhbərliyi ilə sambo ilə məşğul olaraq keçmiş SSRİ, Avropa və dünya birinciliklərində uğurlar qazanmış tanınmış idmançıları böyük maraqla dinlədilər və suallarla qonaqlara müraciət etdilər. Qonaqlar da, hər bir şagirdin sualına səmimiyyətlə cavab verir, onları dərslərini yaxşı oxumaqla yanaşı idmanla məşğul olmalarının daha faydalı olmasına inandırmağa çalışırdılar. Tədbirin sonunda qonaqlar şağirdlərlə xatirə şəkilləri çəkdirdilər.

Feyruz Şivəxanov ,  Layihənin koordinatoru

3d48c86e-6ef7-4cd6-8e38-e2a8dc72a549 4a84e7e3-3243-4a75-87e4-6c9aed8be38e 9d28c835-dffc-45ca-b191-9f8ad13e3457 014d597f-17a0-4b51-be71-5225834ff1fc 42e3d30d-674c-42ce-a169-dec3581c0b14 66c3fcef-e6bd-4e39-a47d-faa0cc7f341a 952c562e-c8e3-48bc-91d9-0418faaa5745 4572485b-0416-47fb-83e2-fe48403a0e49 96016652-0ec8-4414-a2c6-105298f437b5 fddf79af-e653-45c3-a7b0-6f9fbfa6f783

Facebook Şərhləndirmə:

Şərhinizi yazın