Menu
Geri İrəli

Sumqayıtda velo-yürüş keçirildi – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Noyabr 2016 • Baxış sayı: 777 dəfə • Şərh yoxdur

12 noyabr 2016-ci il tarixində Sumqayıt şəhərində “Ekoloji nəqliyyat – Sağlam həyat” velo-yürüşü təşkil edilmişdir. Çinar Bayramovun “Ekoloji nəqliyyat – Sağlam həyat” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Sağlam Düşüncə” Gənclər Təşkilatı, “Təbiət Dostları” Gənclər Təşkilatı və Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsinin təşkilatı dəstəyi ilə təşkil edilən yürüşün məqsədi Sumqayıt gəncləri arasında velosipedin ekoloji nəqliyyat vasitəsi kimi təbliğ etməkdir.

Heydər Əliyev parkından start götürən və Nəsimi parkında yekunlaşan Velo-yürüşdə Bakıdan və Sumayıtdan 50-ə yaxın həvəskar velosipedçi iştirak edib. Yürüş şəhərin mərkəzi küçələrindən və Dəniz kənarı bulvardan keçməklə 10 km-lik marşurutu əhatə edib. Yürüşdə velosipedin ekoloji nəqliyyat vasitəsi kimi təbliğ etmək üçün yürüş iştirakçıları kampaniyanın şuarı əks edilmiş köynəklərlə təmin edilmişdilər. Yürüşün təhlükəsizliyi Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən təmin olunurdu. Sumqayıt şəhərində həvəskar velosipedçilərin iştirakı ilə təşkil edilən sayca yeddinci velo-yürüşdür.

Qeyd edək ki, Çinar Bayramovun fərdi layihəsi çərçivəsində eyni zamanda gənclər üçün velo-təlimlər də təşkil edilib.

15094383_1163800087045275_3218853096613276498_n 14962562_1163800113711939_2664277378964837477_n 14980570_1163801040378513_7853104371400855916_n 14980681_1163800913711859_6226497380490062984_n 14993378_1163800920378525_3362625752426641428_n 14993387_1163799677045316_253454858220046905_n 14993521_1163800830378534_5389320555220878819_n 15027571_1163800323711918_5441779541366759055_n 15036465_1163800503711900_2531230280661343889_n 15036479_1163801143711836_1389306558753427948_n 15073557_1163800600378557_7187965377069907454_n 15078857_1163800833711867_7677122655560999969_n 15085711_1163800223711928_4849561846794334293_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın