Menu
Geri İrəli

Sumqayıtda “Yay Futbol Düşərgəsi”nin 2-ci mərhələsi də başa çatdı

Müəllif: sumqayitxeber.com • Tarix: 23 İyun 2016 • Baxış sayı: 699 dəfə • Şərh yoxdur
Share Button

orginal_ffdaab45fed6b254a99f768dd6f3a9e5“Kapital Bank” ASC, “Paşa Həyat Sığorta” ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər Təhsil Şöbəsi, “Azərikimya” İB-nin dəstəyi və “Sumqayıt” Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün “Yay Futbol Düşərgəsi” layihəsinin 2-ci mərhələsi də başa çatıb. Rekord.az xəbər verir ki, bu mərhələdə 4, 6, 11, 14, 16, 28, 30, 31 38 və 40 saylı orta məktəblərin şagirdləri iştirak edib.

Qeyd edək ki, 16 iyun tarixində start verilən layihə 9 gün müddətində 3 qrup üzrə keçirilir. Ümumilikdə, bu layihədə Sumqayıtda yerləşən 52 məktəb və liseyin tədris ilində fərqlənən 100-dən artıq oğlan və qız şagirdi iştirak edir.

Bu gün “Kapital Bank Arena”nın konfrans zalında “Yay Futbol Düşərgəsi” layihəsinin 2-ci mərhələsinin mükafatlandırma mərasimi baş tutub. Tədbirdə “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, Sumqayıt Şəhər İdman və Gənclər Baş İdarəsinin rəisi Mübariz Bəşirov, “Sumqayıt” FK-nın prezidenti Kamran Quliyev, Sumqayıt şəhər Təhsil şöbəsinin nümayəndəsi İlham Mirzəliyev, Paşa Həyat Sığorta ASC-nin nümayəndəsi Elnur Hüseynquliyev, əsas komandanın üzvləri – Vurğun Hüseynov, Amil Yunanov, və Fərhad Vəliyev iştirak edib.

Layihənin yekunu ilə əlaqədar olaraq, bütün iştirakçılara “Sumqayıt” FK-nın idman geyimləri, “Kapital Bank” ASC və “Paşa Həyat Sığorta” ASC-nin ayırdığı xüsusi hədiyyələr təqdim edilib.

Xatırladaq ki, layihə artıq 3-cü ildir ki, davam edir və növbəti tədbir 2017-ci ildə keçiriləcək.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın