Menu
Geri İrəli

Sumqayıtda yoldaşlıq oyunu keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Dekabr 2014 • Baxış sayı: 485 dəfə • Şərh yoxdur

10862626_842503599106241_6301249326932400608_o10 dekabr – Ümumdünya futbol günü münasibətilə “Azərikimya” İstehsalat Birliyinin təşəbbüsü ilə Sumqayıtda yoldaşlıq oyunu keçirilmişdir. Planetin ən populyar idman növü olan futbola hörmət əlaməti kimi Birləşmiş Millətlər Təşkilatının qərarı ilə təsis edilən və bütün dünyada qeyd olunan bu gün, futbolçuları və idmanın bu növünün sadiq azarkeşlərini birləşdirən bayram olduğundan “Azərikimya” İstehsalat Birliyi “Sumqayıt” Futbol Klubunun əməkdaşlarını, şəhərinin veteran futbolçularını və futbolsevərləri bir araya gətirərək, onlara bayram ovqatı bəxş etmək qərarına gəlmişdir. Tədbirində iştirak və çıxış edən “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev və “Sumqayıt” Futbol Klubunun vitse-prezidenti Vaqif Ömərov, Sumqayıtın veteran futbolçusu Telman Salahov tədbir iştirakçılarını Ümumdünya futbol günü münasibətilə təbrik etmiş, azarkeşləri bol-bol qol sevinci, komandalara isə uğurlar arzulamışlar. Sonra futbolçular yaşıl meydancaya dəvət olunmuşlar. “Kapital Bank Arena”da “Azərikimya” İstehsalat Birliyi və “Sumqayıt” Futbol Klubunun əməkdaşlarının birləşmiş komandası ilə şəhərin veteran futbolçularından ibarət komandası arasında yoldaşlıq görüşü keçirilmişdir. Qeyd edək ki, birləşmiş komandanın tərkibində “Sumqayıt” FK-nun baş məşqçisi Aqil Məmmədov, baş menecer Ceyhun Sultanov, texniki direktor Frank Bernhardt, məşqçilər – İlham Yadullayev, Samir Abasov, Etibar Tarıverdiyev Vəfadar Quliyev, İsmayıl Məmmədov, Azad Mütəllimov kimi tanınmış simalar çıxış edirdi. Gərgin və maraqlı idman mübarizəsi şəraitində və azarkeşlərin böyük mənəvi dəstəyi ilə keçən yarışında uzun illərin təcrübəsi öz sözünü demiş və şəhərin veteran futbolçulardan ibarət komandası oyunun sonuna qədər əzmkarlıq nümayiş etdirərək 5:4 hasabı ilə qalib gəlmişdir. Görüşün sonunda yarışda iştirak edən bütün futbolçulara tədbirin təşkilatçısı olan “Azərikimya” İstehsalat Birliyi tərəfindən üstündə “Sumqayıt” FK-nun futbolçularının imzaları olan futbol topları hədiyyə edilmiş və xatirə şəkli çəkdirilmişdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın