Menu
Geri İrəli

“Sumqayıt”dan Almaniya komandasına

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Aprel 2014 • Baxış sayı: 328 dəfə • Şərh yoxdur

“Sumqayıt”ın sabiq baş məşqçisi Bernhard Raab özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, “Gənclik şəhəri” təmsilçisinin tarixinə klubun Premyer Liqadakı ilk baş məşqçisi kimi düşən almaniyalı karyerasını vətənində davam etdirəcək.

İki mövsüm rəhbərlik etdiyi komandadan 2013-cü ilin yayında ayrılan və həmin vaxtdan işsiz qalan Raab 3-cü liqanın lideri “Haydenhaym”la müqavilə imzalayıb. Mütəxəssis bu klubda Gənc Futbolçuların İnkişafı Mərkəzinə rəhbərlik edəcək.

Qeyd edək ki, Raab 2011-13-cü illərdə “Sumqayıt”a rəhbərlik edib. Onun yetirmələri 2011/12 mövsümündə 12 komanda arasında sonuncu, növbəti çempionatda onuncu olub.

Raab

Facebook Şərhləndirmə:

Şərhinizi yazın