Menu
Geri İrəli

“Sumqayıt”dan ayrılan futbolçu Yunanıstan klubu ilə müqavilə bağlayıb

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Yanvar 2017 • Baxış sayı: 486 dəfə • Şərh yoxdur

amit-quluzade“Sumqayıt”dan ayrılaraq yenidən legioner həyatı yaşamaq qərarına gələn Amit Quluzadə AEL-lə münasibətləri rəsmiləşdirib. Apasport.az saytı xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi artıq rəsmi müqaviləyə qol çəkib.

Bu barədə futbolçu özü feysbuk səhifəsində məlumat yayıb. Bir neçə gündü Larissada olan Amit bu gün klubun ofisinə yollanaraq, rəsmi müqaviləyə qol çəkib. Azərbaycan millisinin də formasını geyinmiş Quluzadə Yunanıstan Super Liqasının təmsilçisi ilə 2,5 illik sazişə qol çəkib.

Qeyd edək ki, Amit Quluzadə karyerası ərzində “Erciyesspor” (Türkiyə) və “Atletiko” (Portuqaliya) klublarında da legioner həyatı yaşayıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın