Menu
Geri İrəli

“Sumqayıt”dan daha bir transfer

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Oktyabr 2014 • Baxış sayı: 349 dəfə • Şərh yoxdur
samir3Nəhayət Premyer Liqaya verilən fasilə sabah başa çatır. Futbolinfo.az xəbər verir ki, 8-ci tura “Sumqayıt” – “Neftçi” matçı ilə start veriləcək.
“Kimyaçılar” paytaxt klubuna qarşı tam heyətlə hazırlaşır. Belə ki, Aqil Məmmədovun komandasında cəzalı və zədəli futbolçu yoxdu. Klubdan verilən məlumata görə “gənclər şəhəri” təmsilçisi uzun müddətdi klubsuz qalan Samir Abdulovla müqavilə bağlayıb. Abdullov əvəzedici komandada çıxış edəcək.
Qeyd edək ki, “Sumqayıt” – “Neftçi”matçı sabah saat 16:00-da start götürəcək. Qarşılaşma “Kapital Bank Arena”da baş tutacaq.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın