Menu
Geri İrəli

“Sumqayıt”ı bütün dünya belə tanıdı

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Aprel 2014 • Baxış sayı: 443 dəfə • Şərh yoxdur

Topaz Premyer Liqasının autsayderi “Sumqayıt”ın səfər oyunlarındakı uğursuz seriyası 22-yə çatıb. Apasport.az saytının məlumatına görə, cari mövsümdə rəqib meydanındakı 14 matçda qələbə üzünə həsrət qalan “Gənclik şəhəri” təmsilçisi ümumilikdə 22 matçdır səfərdə qalib gəlmir.

Bu nəticə dünyanın ən uzun seriyaları sırasına düşüb. İtaliyanın “Kataniya” klubu ilə eyni göstəriciyə malik “Sumqayıt” hazırda planetin 9-cu zəif qonağıdır.

2012-ci il dekabrın 16-da “Rəvan”ın meydanında 3:2 hesablı qələbə qazanan sumqayıtlılar ötən mövsümün son 8 səfər oyununda vur-tut 3 heç-heçə əldə etmiş, 5 dəfə uduzmuşdu. Bu mövsümün 14 matçında isə onlar 5 heç-heçə edib və 9 dəfə başıaşağı qonaq kimi xalsız qalıb. Bir sözlə, 22 səfər matçında 8 heç-heçə və 14 məğlubiyyət alan autsayderimiz bu nəticə ilə artıq bütün dünyada tanındı.

Qeyd edək ki, səfərdəki qələbəsiz oyunlar sayında dünya rekordu da Azərbaycan klubuna məxsusdur. I divizion təmsilçisi “Energetik” 37 matçdır rəqib meydanında 3 xal görmür.

futbol

Facebook Şərhləndirmə:

Şərhinizi yazın