Menu
Geri İrəli

“Sumqayıt”ı çempionatdan çıxaracam!”

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Dekabr 2013 • Baxış sayı: 258 dəfə • Şərh yoxdur

kamran“Sumqayıt” “Neftçi” ilə oyunun baş hakimi Fariz Yusifovdan narazı qalıb. Fanat.az xəbər verir ki, matçdan sonra həm klubun prezidenti Kamran Quliyev, həm də baş məşqçi Aqil Məmmədov hakimlikdən narazılığını bildirib.

Baş məşqçi mətbuat konfransında penaltilərinin verilmədiyini bildirib: “Fikrimcə, “Neftçi”nin qapısına 11 metrlik cərimə zərbəsi təyin olunmalı idi. Yan xətt hakimi də bayrağını qaldırdı, lakin baş hakim penalti vermədi”.
Klubun prezidenti isə AFFA və PFL-i “Sumqayıt” çempionatdaqn çıxarmaqla hədələyib: “Belə hakimlik Azərbaycan futboluna ləkədi. Elə AFFA-ya, PFL-ə, Xaqani Məmmədovun da adına ləkədi. Bu qədər haqsızlıq olmaz! Biz milli komanda üçün futbolçu yetiişdirirk, ancaq hansısa hakim əziyyətimizi yerə vurur. Başa düşə bilmirəm ki, hakim təmiz penaltimizi niyə vermir? Belə çxır ki, hakimlər zəifləri sıxır güclülərə güzəştə gedir. Axı belə də olmaz. Bununla çempionatımıza zərbə vururlar. Belə davam etsə, “Sumqayıt”ı çempionatdan çıxaracam. Biz belə haqsızlıqlarla dolu çempionatda oynamaq istəmirik”.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın