Menu
Geri İrəli

“Sumqayıt”ın baş məşqçisi: “Yüksək səviyyəli futbolçu transfer etməyəcəyik”

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Dekabr 2016 • Baxış sayı: 432 dəfə • Şərh yoxdur

samir-abbasov“Bu günədək 3 futbolçu ilə yollarımızı ayırmışıq. Hələlik komandaya cəlb olunan futbolçu yoxdur”.

Bu fikirləri ”Report”a açıqlamasında “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov deyib.

O, klubun qış transfer pəncərəsində reallaşdıracağı futbolçu keçidlərindən danışaraq, yüksək səviyyəli futbolçu gətirmək istəmədiklərini bildirib: “Əsasən müdafiə və yarımmüdafiəni gücləndirmək istəyirəm. Ən azından 3 futbolçu gətirmək niyyətindəyik. Amma yüksək və yüksəkdən bir az aşağı səviyyəli futbolçular gətirməyəcəyik. Çünki onlar maddi baxımdan klubumuza uyğun gəlmir. Hər yoldan keçəni də komandaya götürmürük”.

Baş məşqçi hazırda Premyer Liqada çıxış edən klubları izlədiklərini söyləyib: “Gözümüz klublardadır. Biz yerli futbolçu gətirəcəyik. Bu səbəbdən kimin müqavilə müddətinin artırıldığını, kimlərin komandalardan ayrıldığını bilmək və uyğun futbolçularla danışıqlar aparmaq üçün klubları izləyirik”.

S.Abasov bir neçə gün əvvəl klubla yolları ayrılan futbolçu Vaqif Cavadovla bağlı da danışıb: “Vaqiflə oyunlar bitəndən sonra danışdım və rəhbərliyə bu barədə məlumat verdi. Biz təcrübəsiz və cavan komandayıq. Bizdə futbolçunun adı hər şeyi həll etmir. Futbolçu komandaya uyğun futbol oynamalıdır. Bu səbəbdən Vaiqflə qarşılıqlı razılaşma əsasında yollarımız ayrıldı”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın