Menu
Geri İrəli

“Sumqayıt”ın büdcəsi açıqlandı

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Oktyabr 2012 • Baxış sayı: 224 dəfə • Şərh yoxdur

“Sumqayıt” futbol klubu ötən mövsümün yekunu ilə bağlı tədbir keçirir. Korner.az-ın xəbərinə görə, tədbirdə klubun sponsorları, veteran futbolçular, komandanın hazırkı futbolçuları, azarkeşlər və şəhər fəalları iştirak edir.

Klubun prezidenti Kamran Quliyev və komandanın baş məşqçisi Bernhard Raabda tədbirin iştirakçılarındandı.

Klubun prezidenti illik hesabatı verərkən bunları dedi:

“Ötən ilin iyun-iyul aylarında 20 gün ərzində qurduq klubu. Berbhard Raab gətirildi. Daha sonra komandaya təcrübəsiz futbolçular gətirdik. İndi həmin futbolçular iddialı klublarda çıxış edir, milli komandaya çağırılırlar. Biz onların qapılarını açmışıq. Ötən ilin nəticələri məni qane etmir. Ancaq görülən işləri tərəziyə qoysaq, yəqin ki, nə kimi işlərin görüldüyü görünər.

Saytımız peşəkar şəkildə fəaliyyət göstərir. Bizim sponsorlar bir-biri ilə əlaqəsi olmayan şirkətlərdi. Bu isə o deməkdir ki, marketinq siyasətimiz uğurludu.

Müxtəlif xeyriyyə tədbirlərində iştirak etmişik…

Sonda klub prezidenti “Sumqayı”ın ümumi büdcəsi haqda məlumat verib: “Sumqayıt”ın büdcəsi 1,5 milyon manat civarındadı”

Samir Abbasov: “Bu il keçən ilkindən güclüyük. İndi əvvəlki kimi qışqırmırıq oyun vaxtı”. 

Perdis Fercad Azad: “Böyük məmuniyyətlə Azərbaycan millisinin formasını geyinmək istəyərəm”.

korner.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın