Menu
Geri İrəli

“Sumqayıt”ın hücumçusu iddialı danışdı: “Qəbələ”ni məğlub edəcəyimizə tam əminəm”

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Avqust 2013 • Baxış sayı: 227 dəfə • Şərh yoxdur

1“Sumqayıt”ın yeni transferi Vüqar Əsgərov “Qəbələ” ilə oyunöncəsi maraqlı açıqlamalar verib.

Sportinfo.Az-a danışan forvard “Qəbələ”ni məğlub edəcəklərinə tam inanır:  ”Qələbəyə hər zaman inanmaq lazımdı. Bu cür inanıb, oyuna çıxsan qələbə qazanmaq olar. İndi də mən, “Qəbələ”ni məğlub edəcəyimizə tam əminəm. Düzdü, rəqib çox güclü komandadı. Ancaq inşallah biz bütün gücümüzü meydanda qoyub, qələbəmizi qazanacağıq. Bu gün bizdə alınacaq”.

Əsgərov ötən tur “Qarabağ”a 1:5 hesablı məğlubiyyəti artıq unutduqlarını və “Qəbələ” ilə oyuna kökləndiklərini də söyləyib: “Qarabağ”a o cür hesabla uduzmaq yaxşı deyildi. Amma hər halda biz artıq həmin oyunu yaddan çıxarmışıq. “Qəbələ” ilə görüşü fikirləşirik. Bütün fikrimiz bugünki oyuna yönəlib”.

Vüqar “Qəbələ”nin ilk iki turda qələbə qazandığına görə, rəqibdən ehtiyat etdiklərini etiraf edib: “Təbii ki, həır komanda ardıcıl iki turda qələbə qazana bilmir. Ona görə də, “Qəbələ”dən ehtiyat edirik. Biz onlara ilk məğlubiyyəti yaşadacağıq”.

“Qəbələ” həm güclü futbolçulara, həm də baş məşqçiyə sahibdi. Bu komandaya qarşı oynamaq ayrıca zövq verəcək” – deyə hücumçu fikirlərini yekunlaşdırıb.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın