Menu
Geri İrəli

“Sumqayıt”ın qənimi olan hakim kimdir?

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Sentyabr 2013 • Baxış sayı: 198 dəfə • Şərh yoxdur

Topaz Premyer Liqasının geridə qalmış V turu “Sumqayıt” üçün yaxşı və pis mənada yadda qaldı.

 Sportinfo.Az-ın məlumatına görə, sumqayıtlılar mövsümdə ilk qələbələrini qazandılar, azarkeş sayına görə, digər klubları qabaqladılar, amma bununla belə eyni zamanda böyükhesablı məğlubiyyətlə üzləşdilər, beş tura 3 qırmızı vərəqə gördülər.

 Diqqətimizi ən çox çəkən məqam isə “Sumqayıt” futbolçularına bütün qırmızı vərəqələrin yalnız bir hakim tərəfindən göstərilməsidir. Belə ki, II turda “Bakcel Arena”da “Qarabağ”la oyunda Vurğun Hüseynovu meydançadan qovan Əliyev AZAL-la oyunda bu dəfə iki futbolçunu-Kərim Diniyevlə, Məhəmməd Mirzəbəyova qırmızı vərəqə göstərərək, sumqayıtlıları 9 nəfərlə qoyub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın