Menu
Geri İrəli

“Sumqayıt”ın sabiq üzvü: “Bir yenilik yoxdur”

Müəllif: sumqayitxeber.com • Tarix: 24 İyul 2014 • Baxış sayı: 374 dəfə • Şərh yoxdur

ramAzərbaycanda yeni futbol mövsümünün başlanmasına çox vaxt qalmayıb. Bununla belə, hələ ki özünə yeni klub tapmayan oyunçular kifayət qədərdir. Ötən mövsümün ikinci yarısını “Karvan”da keçirən Ramil Həşimzadə artıq xeyli vaxtdır ki, klubsuzdur. Gənc yarımmüdafiəçinin Premyer Liqa klublarından biri ilə anlaşacağı gözlənilsə də, ortada hələ konkret bir şey yoxdur. Forvard.az-a açıqlamasında Ramil gözləmə mövqeyi tutduğunu bildirib: “Bir yenilik yoxdur. Menecerlərə tapşırmışam, təklif olan kimi, deyəcəklər. Artıq neçə vaxtdır ki, gözləyirəm. İnşallah, bir yerdən qapı açılar”.

Qeyd edək ki, Ramil Həşimzadə bu vaxta qədər “Sumqayıt” və “Rəvan” klublarının da formasını geyinib.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın