Menu
Geri İrəli

“Sumqayıt”ın yeni idman direktoru akademiyanın məşqçi heyəti ilə görüşüb FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Fevral 2014 • Baxış sayı: 255 dəfə • Şərh yoxdur

AFFA-nın İcraiyyə Komitəsinin 2013-cü il dekabrın 18-də keçirilmiş iclasında qəbul olunmuş müvafiq qərara uyğun olaraq, Topaz Premyer Liqasında çıxış edən bir neçə klubda artıq uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunub.

Siasport.az saytının məlumatına görə, fevralın 1-dən etibarən “Sumqayıt” Futbol Klubunda idman direktoru kimi işinə başlayan Frank Bernhardt akademiyanın məşqçi heyəti ilə görüşüb. Görüş daha çox tanışlıq xarakteri daşıyıb. Tədbir zamanı məşqçilərlə fikir mübadiləsi aparılıb.

sfc

Facebook Şərhləndirmə:

Şərhinizi yazın