Menu
Geri İrəli

Sumqayıtlı azarkeşlər yenə birinci oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Avqust 2013 • Baxış sayı: 207 dəfə • Şərh yoxdur

Topaz Premyer Liqasının ilk turda olduğu kimi, III turda da “Sumqayıt” Futbol Klubunun azarkeşləri hamını üstələyib. Sumqayıtlı futbolsevərlər komandalarının ev oyunlarında sevimlilərini tək buraxmırlar və bu mənada yenə seçiliblər.Xatırladaq ki, ilk turda baş tutan “Sumqayıt” – “Xəzər Lənkəran” (1:1) oyununu 5 min azarkeş izləyib.

III turun statistik azarkeş göstəricilərini sizin diqqətinizə çatdırırıq:
“Sumqayıt” – “Qəbələ” (6000 tamaşaçı)
“Qarabağ” – “Xəzər Lənkəran” (3000 tamaşaçı)
“Bakı” – “Rəvan” (1000 tamaşaçı)
“Neftçi” – “Simurq” (800 tamaşaçı)
“İnter” – AZAL (300 tamaşaçı)

Facebook Şərhləndirmə:

Şərhinizi yazın