Menu
Geri İrəli

Sumqayıtlı futbolçu “Ağsu” ilə oyundan danışdı – AÇIQLAMA

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Mart 2015 • Baxış sayı: 379 dəfə • Şərh yoxdur

“Bizi heç də asan oyun gözləmir. Hazırda I Divizionda lider olsaq da, ilk pillədəki yerimizi qorumaq üçün mütləq “Ağsu” ilə oyundan üç xalla ayrılmalıyıq. Rəqib komandanın çempionatın iddialı klublarından biri olması matçöncəsi məsuliyyətimizi bir qədər də artırır”. “Sumqayitxeber.com”un məlumatına görə, bu sözləri “Neftçala”nın sumqayıtlı üzvü Məhəmməd Alıyev deyib.

Açıqlamasında “Ağsu” ilə ilk matçı da xatırlayan hücumçu ilk dövrədə qalib gəldikləri “Ağsu”nu bu dəfə də məğlub edəcəklərinə və ilk qarşılaşmada olduğu kimi, bu dəfə də rəqib qapısına yol tapacağına inandığını bildirib.

Xatırladaq ki, “Neftçala” – “Ağsu” matçının start fiti sabah saat 15:00-da veriləəcək və görüş “İdman Azərbacan” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın