Menu
Geri İrəli

Sumqayıtlı futbolçu “Qaradağ Lökbatan”la anlaşdı

Müəllif: sumqayitxeber.com • Tarix: 6 İyul 2016 • Baxış sayı: 297 dəfə • Şərh yoxdur
Share Button

Ötən “futbol ili”ni “Neftçala”da keçirən sumqayıtlı futbolçu Məhəmməd Alıyev yeni mövsümdən digər birinci divizion təmsilçisi “Qaradağ Lökbatan”ın uğurları üçün çalışacaq.

Yeni komandasına keçidi haqqında danışan hücumçu bu klubu seçməsinin səbəblərindən bəhs edib: “Əslində, Premyer Liqa komandalarından birinə keçmək istəyirdim, amma müxtəlif səbəblərdən alınmadı. “Qaradağ Lökbatan”ı isə komandanın birinci divizionun ən iddialı klublarından biri olması səbəbindən seçdim. Kollektivin həm güclü olması, həm də klubda şəraitin yaxşı olması seçimimdə əsas rol oynayan məqamlardan oldu”.

13617420_1052806894806487_2012337217_n

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın