Menu
Geri İrəli

Sumqayıtlı idmançı yeni idman federasiyası yaratdı

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Fevral 2014 • Baxış sayı: 550 dəfə • Şərh yoxdur

alpout_oqoModern.az xəbər verir ki, Dünya Alpağut Federasiyası-Turan Döyüş sistemləri ( W.A.F- World Alpagut Federation ) beynəlxalq idman təşkilatı rəsmi olaraq qeydiyyatdan keçib.

Bu döyüş sənəti sistemlərinin və təşkilatının yaranmasının ideya müəllifi və qurucusu statusu tanınmış beynəlxalq dərəcəli idman üstası, türk döyüş sənəti üstası Vasif İmran oğlu Namazovdur.

Qeyd edək ki,  Vasif Namazov “Alpağut” adını,  11-ci yüzillikdə Mahmud Qaşqarlı tərəfindən yazılmış “Türk Dialektlerinin Lüğəti” (“Divanü Lüğәti it-Türk”) – Türkçənin bilinən ən qədim lüğətindən götürmuşdur. “Alpağut” adı “Divani lüğət it-Türk”-də bеlə açıqlanır: “Tək başına düşmənə qalib gələn, ələ kеçməyən igid“.

Hazırda Vasif Namazov tərəfindən  imtahan proqramı, təlim proqramı, hakimlik proqramı, özünümüdafiə (küçə döyüşü) proqramı və eyni zamanda yarışma proqramları hazırlanmaqdadır.  Məlumata görə burada 3 sistemli (A, B, C) yarışma qaydaları olacaq. 1-ci  sistem Aypara (Hilal) , 2-ci sistem Batur (Cəngavər), 3-cü sistem isə Caymaz (Cəsur) adlanır.

Türk xalqlarının döyüş sənətlərindən, ortaq idman mədəniyyətindən seçilərək, ortaya qoyulacaq bu döyüş sənətinin ümümi terminalogiya bazasının hazırlanmasında Vasif Namazov tanınmış tarixçi, dilçi, türkoloqlardan məsləhətlər alır. Onların sırasında bu işə töhfə verənlər aşağıda şəxslərdir:

Firudin Ağasıoğlu – Tanınmış türkoloq, tarixçi alim, filologiya elmləri doktoru, professor, Türk tarixşünaslığında “Urmu nəzəriyyəsi”-nin əsasını qoyan.

Nizami Cəfərov — Azərbaycan Atatürk Mərkəzinin müdiri, Milli Məclisinin deputatı, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü. BDU-nun ümumi dilçilik kafedrasının müdiri.

Məmmədəli Qıpçaq -  Bakı Dövlət Universiteti  Filologiya elmləri doktoru, türkologiya kafedrasının professoru, “Türk savaş sənəti” kitabının müəllifi.

Kərəm Məmmədov - Tarix elmləri namizədi, BDU-nun Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının dosenti.

Pərviz Elay - AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun disertantı, yazıçı publisist, tarixçi antropoloq.

Ceyhun Bayramlı - Azərbaycan Universitetinin Doktorantı, Tarix araşdırmaçısı.

Dilbər Mehdiyeva - Azərabaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitunun  doktorantı.

Dünya Alpağut Federasiyasının prezidenti, iş adamı, Fərid Azad oğlu Əlizadə seçilib. Federasiyanın 1-ci vitse-prezidenti tanınmış idman ustası, Araz Abdullayevdir.  Federasiyanın əsas struktur orqanı sayılacaq Baş Katiblik isə Federasiyanın Türkdilli ölkələr tərəfindən formalaşacaq İdarə Heyəti tərəfindən seçiləcək. Bu üsul idarə etmə sistemi Türksoy-dakı kimi həyata keçəcək.

vasif
Yaxın günlərdə  www.alpagutfederation.com ( net, org ) rus, ingilis, türk dillərində  fəaliyyətə başlayacaq. Ayrica sosial şəbəkələrdə də federasianın səhifləri işə  başlayacaq.

Xüsusi qeyd:   “Alpağut, Xaqan qvardiyası-buyrukların içərisində öz igidliyi ilə seçilən adamlara verilən tituldur. Xaqanın mühafizə olunmasında Alpağutlara  xüsusi üstünlük verilirdi. Bundan başqa Alpağutlar başqa bir vəzifənidə yerinə yetirirdilər. Onlar təkbaşına  düşmən qoşunu içərisinə girir və onlarda qorxu hissi yaradırdılar. Məhz buna görə də Alpağutlar türklərin bütün tarixi boyu xüsusi hörmətə layiq görülmüş və xas adamlar sırasında olmuşlar. Bilgə xaqan Tona Teginin dəfnində  tonra tayfasından on əsgərlə bərabər bir Apağutun oldürüldüyünü abidədə xüsusi qeyd edir. Elə bu faktın özü Alpağutun döyüşdə hansı mövqeyə malik olduğunu aydın göstərir. (Mənbə: “Türk savaş sənəti”  Baki, 1996, səh. 176. (Ə.Əsgər, M.Qıpçaq)

Modern.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın