Menu
Geri İrəli

Sumqayıtlı məşhur şahmatçı Qran-pri yarışına qatılacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Fevral 2017 • Baxış sayı: 183 dəfə • Şərh yoxdur

shehriyarDünya birinciliyi yarışlarını təşkil etmək hüququna malik olan “Aqon” şirkəti bu il Qran-pri seriyasından yarışlara qatılacaq 24 iştirakçının adlarını açıqlayıb.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bir neçə aparıcı qrossmeysterin imtina etməsindən sonra siyahıda aşağıdakı şahmatçılar yer alıblar: Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Maksim Vaşye-Laqrav, Hikaru Nakamura, Aniş Giri, Din Lijen, Pavel Elyanov, Pentala Harikrişna, Maykl Adams, Levon Aronyan, Yan Nepomnyaşşi, Pyotr Svidler, Aleksandr Qrişşuk, Vey İ, Ernesto İnarkiyev, Boris Gelfand, Li Çao, Yevgeni Tomaşevski, Dmitri Yakovenko, Fransisko Valyexo, Rixard Rapport, Aleksandr Ryazantsev, Saleh Salem, Yon Lüdviq Hammer.

İştirakçılar reytinq üzrə seçilib, şəxsən dəvət edilib. Bir nəfəri Şahmat Peşəkarları Assosiasiyası təqdim edib. Onların hər biri dörd turnirdən ibarət Qran-pri yarışlarının üçündə iştirak etməlidir. Turnirlər fevralın 18-27-də BƏƏ-nin Şarca, mayın 12-21-də Rusiyanın Moskva, iyulun 6-15-də İsveçrənin Cenevrə, noyabrın 16-25-də İspaniyanın Palma de Mayorka şəhərlərində keçiriləcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın