Menu
Geri İrəli

Sumqayıtlı paralimpiyaçı 5 qat Avropa çempionu oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Dekabr 2013 • Baxış sayı: 271 dəfə • Şərh yoxdur

İlham Zəkiyev 5 qat Avropa çempionu oldu. ANS PRESS-in məlumatına görə, Macarıstanın Budapeşt şəhərində keçirilən Cüdo üzrə Avropa Çempionatında ağır çəkidə İlham Zəkiyev qələbə qazanaraq 5 qat Avropa çempionu olub.

Xatırladaq ki, cüdoçu 100 və daha artıq çəkidə ikiqat paralimpiya (2004, 2008) ikiqat dünya (2007, 2010), və beşqat Avropa çempionudur (2005, 2007, 2009, 2011, 2013). 2012-ci ildə Londonda keçirilən Paralimpiya Oyunlarının bürünc medalçısı olub.

“Şöhrət” ordeni, “Tərəqqi” medalı, “Heydər Əliyev” Fondunun təsis etdiyi Beynəlxalq “Qızıl Çinar” mükafatları laureatıdır.

Xatırladaq ki, cüdo idmanı üzrə Milli Paralimpiya komandası 73-kq çəkidə Ramil Qasimov və 66-kq çəkidə Bayram Mustafayev qızıl, 60-kq çəkidə isə Elçin Talıbov bürünc medal qazanıb.

ilhm

Facebook Şərhləndirmə:

Şərhinizi yazın