Menu
Geri İrəli

Sumqayıtlı şahmatçıdan növbəti heç-heçə

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Mart 2014 • Baxış sayı: 537 dəfə • 1 şərh

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın Xantı-Mansiysk şəhərindəki İddiaçılar turnirində növbəti oyununu keçirib. Lent.az-ın məlumatına görə, Məmmədyarov 5-ci turda qara fiqurlarla rusiyalı Sergey Karyakinin qarşısına çıxıb.

31-ci gedişdə tərəflər sülhə razılaşıblar – 0,5:0,5. Bu nəticədən sonra 29 yaşlı təmsilçimiz aktivindəki xalların sayını 2-yə çatdırıb. Məmmədyarov keçirdiyi əvvəlki 4 oyunda Dmitri Andreykinə (Rusiya) qalib gəlib, Veselin Topalovla (Bolqarıstan) heç-heçə edib, Vişvanatan Anand (Hindistan) və Levon Aronyana (Ermənistan) uduzub.

Hazırda 5-ci turun digər görüşləri davam edir.

shahriyar

Facebook Şərhləndirmə:

“Sumqayıtlı şahmatçıdan növbəti heç-heçə” yazısına bir cavab

  1. sona deyir:

    Ugurlar arzulayiram,menim qizimda 5 yawindan wahmata gedir

Şərhinizi yazın