Menu
Geri İrəli

Sumqayıtlı yazar tanınmış futbolçu haqqında kitab yazdı

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Aprel 2015 • Baxış sayı: 362 dəfə • Şərh yoxdur

book_prezent_160415_(6)Azərbaycan milli komandasının sabiq kapitanı, “Alaniya”nın heyətində Rusiya çempionu olmuş Nazim Süleymanovun 50 illik yubileyi ilə bağlı keçirilən tədbirlər davam edir. Trend Peşəkar Futbol Liqasına istinadən məlumat verir ki, bu gün N.Süleymanovun karyerasından bəhs edən “Bitməyən Matç” kitabının təqdimat mərasimi keçirilib. Azərbaycan və rus dillərində nəşr olunmuş kitabın müəllifi Varisdir. Beynəlxalq Mətbuat Mərkəzində reallaşan tədbirdə vaxtilə N.Süleymanovla birgə çiyin-çiyinə oynamış veteranlarla yanaşı, Azərbaycan futbol ictimaiyyətinin digər nümayəndələri və mətbuat işçiləri də iştirak ediblər. Tədbirə təşrif buyuran yazıçı, “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev çıxış edərək N.Süleymanov barədə xoş sözlər söyləyib. Digər çıxış edənlər də N.Süleymanovla bağlı xatirələrini, düşüncələrini bölüşüblər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın