Menu
Geri İrəli

“Sumqayıt”lılar istirahət etmək fikrində deyil

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Fevral 2017 • Baxış sayı: 175 dəfə • Şərh yoxdur
Share Button

yencag.az_2017-02-15_08-49-10-640x369Müəyyən çətinliklər yaşayan “Sumqayıt” növbəti turda qarşılaşacağı AZAL-la oyunun hazırlığına start verib.

Yeniçağ.az xəbər verir ki, komanda istirahət etmək fikrində deyil. Buna görə də tam heyət toplaşıb. Futbolçular Samir Abasovun rəhbərliyi altında iki qrup üzrə məşq edib. Dünən “Neftçi” ilə oyunda start heyətində yer alan futbolçular fitnes zalında bərpa məşqi keçib. Digər qrup isə meydançadakı hazırlıqla günü başa vurub.

Qeyd edək ki, “Sumqayıt” Premyer Liqanın 19-cu turunda fevralın 19-da AZAL-ı qəbul edəcək. Matçın start fiti 15:00-da veriləcək.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın