Menu
Geri İrəli

Toğrul Əsgərov Olimpiya çempionu adından məhrum edilə bilər

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Avqust 2016 • Baxış sayı: 1,408 dəfə • Şərh yoxdur
Share Button

togrulSərbəst güləş üzrə 2008-ci ildə Olimpiya çempionu olmuş Özbəkistan güləşçisi Artur Təyməzov və 2012-ci ildə London Olimpiadasında Azərbaycanlı idmançı Toğrul Əsgərova uduzaraq gümüş medal qazanan rusiyalı Besik Kuduxov medallarından məhrum olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə flowrestling.org saytı məlumat yayıb.

Bildirilir ki, hər iki idmançının dopinq testləri müsbət nəticə verib.

Saytda yer alan digər məlumata görə, dopinqə düşən idmançılar arasında Azərbaycan, Ukrayna və Qazaxıstan idmançıları var. Həmin güləşçilər Pekin-2008 və London-2012 Olimpiya oyunlarının mükafatçılarıdır.

Qeyd edək ki, Toğrul Əsgərov London-2012 Yay Olimpiya Oyunlarının qalibidir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın