Menu
Geri İrəli

Toraman danışdı: “Xəzər Lənkəran”dan təklif olsa…”

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Dekabr 2013 • Baxış sayı: 243 dəfə • Şərh yoxdur
Mustafa Dənizlinin gəlişindən sonra bir neçə məhşur türk futbolçunun adı “Xəzər Lənkəran”la yanaşı hallanır. Bunlardan biri də İbrahim Toramandı.
Türkiyəli müdafiəçi futbolinfo.az saytına açıqlamasında bu barədə danışıb: “Mən indi bu barədə danışmaq istəmirəm. Hələ qış fasiləsinə xeyli zaman var. Hazırda “Xəzər Lənkəran”a transferimlə bağlı ciddi bir şey yoxdu. Təklif olarsa, bu barədə düşünə bilərik. Azərbaycan sevdiyim bir ölkədi. Bəlkə bir həftə və ya 10 gün sonra bu barədə nəsə olsa, mətbuata açıqlama verərəm”.
Toraman Mustafa Dənizlinin “Xəzər Lənkəran”a gəlişi haqqında da fikirlərini bölüşüb: “Bilirəm ki, Mustafa Dənizli “Xəzər Lənkəran”a baş məşqçi təyin olunub. O böyük məşqçidi. Çox sevdiyim bir insandı. Amma mənim ora gəlməyimlə bağlı hələ ki, bir söhbət yoxdu”.
Müdafiəçi “Beşiktaş”dan ayrılmağı ilə bağlı Türkiyə mətbuatında gedən xəbərləri təkzib edib: “Hələ “Beşiktaş”dan ayrılmamışam. Onlarla 2 illik müqaviləm var”.
Türkiyə millisinin sabiq üzvü Azərbaycan futbolundan da danışdı: “Azərbaycan futbolu haqqında məlumatım var. Biz iki qardaş ölkəyik. Azərbaycan Premyer Liqasına da imkan olanda baxmışam. Azərbaycan milli komandasının da oyunlarını izləmişəm. Yəni sizin ölkə futbolu haqqında bilirəm. Yenə deyirəm ki, transferimlə bağlı bir xəbər olsa, mətbuata danışacam”.

“Futbolinfo.az”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın