Menu
Geri İrəli

Türk futbolçu komanda yoldaşını qana boyadı

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Oktyabr 2015 • Baxış sayı: 329 dəfə • Şərh yoxdur
Share Button

q

Ötən mövsüm rəqibini dişlədiyinə görə, İntizam Komitəsi tərəfindən 8 matç cəza alan Türiyəli futbolçu Nadir Çiftçi növbəti qalmaqallı olayla gündəmə gəlib.

“Seltik” formasını geyinən 23 yaşlı futbolçu məşqlərin birində öz komanda yoldaşını vurub. Belə ki, məşq zamanı hondurası Emiliyo İzzaguiere ilə mübahisəsi düşən futbolçu komanda yoldaşına zərbə endirib. Qan içində yerdə qalan futbolçu yardım maşını vasitəsi ilə meydandan kənarlaşdırılıb.

Məsələyə “Seltik”in baş məşqçisi Ronni Delya da münasibət bildirib: “Emiliyo məşq zamanı Nadirə sərt şəkildə zərbə endirdi. Nadir bu epizoda reaksiya göstərdi. Amma Nadirin Emiliyonu vurmaq fikri yox idi. Futbolçumuz xəstəxanaya yerləşdirilib. Üzünə bir neçə yerdən tikiş vurulub. Hər iki futbolçu ilə məsələ haqqında danışmışam. Məsələni böyütməyə ehtiyyac yoxdur”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın